Prezident İlham Əliyev “Turizm və rekreasiya zonalarının Nümunəvi Əsasnaməsi”nin təsdiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Trend xəbər verir ki, fərmanla Turizm və rekreasiya zonalarının Nümunəvi Əsasnaməsi təsdiq edilib.
Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi turizm, o cümlədən, turizm və rekreasiya zonalarının fəaliyyəti və tabeliyindəki dövlət qoruqlarının (bundan sonra – Qoruqlar) ərazilərində yerləşən tarix və mədəniyyət abidələrinin qorunması sahələrində (bundan sonra – müvafiq sahə) dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.