Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Mədəni İnkişaf Mərkəzi İctimai Birliyinin “Kənd Turizminin İnkişafına Dəstək ” layihəsi çərçivəsində 05 iyul 2024-cü ildə Xaçmaz rayonunun Nabran kəndində ilk maarifləndirici görüş keçirildi.
Maarifləndirici görüşdə layihənin işçi qrupunun üzvləri, Nabran kənd icra nümayəndəsi, Nabran kənd bələdiyyəsinin sədri və kənd sakinləri iştirak edirdi.
Mədəni İnkişaf Mərkəzi İctimai Birliyinin sədr müavini Sənan Əlibəyov iştirakçıları salamlayaraq, layihə haqqında məlumat verərək bildirdi ki, ölkəmizdə iqtisadiyyatın digər sahələrində olduğu kimi turizm sektoruda inkişaf edir. Bu gün turizmin sektoru müxtəlif istiqamətlər üzrə ekoturizm, kənd turizmi və s. üzrə inkişaf edir. Bizim layihəmizin də məqsədi kənd turizmi ilə bağlı maarifləndirmə tədbirləri təşkil etməkdir. Sonra çıxış edən layihənin eksperti Taleh Əliyev çıxış edərək bildirdi ki, kənd turizmi inkişaf etmiş ölkələrdə daha çox təşəkkül tapıb. Layihənin məqsədi bu qabaqcıl təcrübənin öyrənilməsi və ölkəmizdə tətbiqini təşviq etməkdir. Daha sonra çıxış edən Nabran kənd icra nümayəndəsi Nəzakət İsgəndərova və Nabran kənd bələdiyyəsinin sədri Mahir Tarverdiyev çıxış edərək Nabranın kənd turizmin inkişafı üçün potensial imkanları barədə geniş məlumat verdilər. Daha sonra layihənin eksperti Taleh Əliyev kənd sakinlərinin suallarını cavablandırdı.
Gələcəkdə Nabranda kənd turizminin inkişafı üçün birgə tədbirlərin həyata keçirilməsi istiqamətində əməkdaşlığın genişləndirilməsi qərara alındı.