Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “e-sosial.az” portalı “Communitas” beynəlxalq təşkilatının (ABŞ) təşkil etdiyi “Communitas Awards” müsabiqəsində də yüksək qiymət alıb.
Portal müsabiqənin “Excellence In Corporate Social Responsibility” kateqoriyası üzrə qalibi olub və “Excellence Winner 2024” mükafatına layiq görülüb.
Müsabiqənin saytında bu barədə, habelə Nazirliyin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi haqqında məlumat verilib. Həmçinin saytda portala və pensiya kalkulyatoruna dair posterlər də təqdim edilir.
https://enter.amcpros.com/communitas/entry/e-social-azerbaijans-unified-social-registry/
Bundan əvvəl də e-sosial.az portalı bir sıra beynəlxalq mükafatlara, o cümlədən Beynəlxalq Telekommunikasiya İttifaqının İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin müsabiqəsində “Çempion layihə” mükafatına, "iESE - The Public Sector Transformation Partner” beynəlxalq qurumunun müsabiqəsində “Mükəmməllik sertifikatı”na, Beynəlxalq Sosial Təminat Assosiasiyanın “Ən yaxşı təcrübə üzrə Nailiyyət Mükafatı”ına və s. layiq görülüb.
2019-cu ildən istifadəyə verilən e-sosial.az portalı vətəndaşlara onların sosial məlumatlarına real vaxt rejimində çıxış və sosial-əmək hüquqlarının təminatına nəzarət imkanı verir.