Prezident 2 nəfərə general rütbəsi verdi - SƏRƏNCAM

Prezident 2 nəfərə general rütbəsi verdi - SƏRƏNCAM backend

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Qaziler.az xəbər verir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:

“general-leytenant” hərbi rütbəsi

general-mayor Namiq Sərəfruz oğlu İslamzadəyə

“general-mayor” hərbi rütbəsi

polkovnik Həsən Əli oğlu Əlövsədova

polkovnik Vilayət Bərxuda oğlu Quluyevə".

Diaspora