Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev İranın Tbilisidəki diplomatik korpusunu ziyarət edib.
QAZILER.AZ AZƏRTAC-a istinaden xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev İranın Tbilisidəki səfirliyini ziyarət edib, İran Prezidenti Seyid İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və digərlərinin helikopter qəzasında faciəli surətdə həlak olmaları ilə əlaqədar başsağlığı verib.