İlham Əliyev KAICIID-in Baş katibini qəbul edib - FOTO - YENİLƏNİB

İlham Əliyev KAICIID-in Baş katibini qəbul edib - FOTO - YENİLƏNİB backend

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin (KAICIID) Baş katibi Zuhair Əlhartini qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə dövlətimizin başçısı VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda 110-dan çox ölkənin nümayəndələrinin iştirakını və bu tədbirin dünyada sülh gündəliyinin irəlilədilməsinə, dialoqa və körpülərin qurulmasına xidmət etdiyini diqqətə çatdırıb. COVID-lə əlaqədar Forumun təşkilində müəyyən fasilələrin yarandığını deyən Prezident İlham Əliyev artıq onun fəaliyyətinin tam şəkildə bərpa olunduğunu və davamlı şəkildə keçiriləcəyini qeyd edib.

KAICIID-in Baş katibi bu Forumun yüksək səviyyədə təşkilinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib və dövlətimizin başçısının tədbirin açılışındakı nitqində dünyaya çox vacib mesajlar verdiyini vurğulayıb. O, Azərbaycanın müxtəlif dinlər arasında daim bir harmoniya mərkəzi olduğunu deyib, ölkəmizdəki tərəfmüqabilləri ilə yaxından əməkdaşlıq etdiyini bildirib.

KAICIID tərəfindən həyata keçirilən layihələr barədə məlumat verən Baş katib bundan sonra da Azərbaycanla birlikdə müxtəlif layihələrin reallaşdırılması üçün yaxından işləyəcəklərini diqqətə çatdırıb.

O, həmçinin qeyd edib ki, bu Forum çərçivəsində gündəlikdə duran məsələlər KAICIID tərəfindən də yaxından dəstəklənir.

Dövlətimizin başçısı Azərbaycanın multilateralizmə - çoxtərəfli diplomatiyaya mühüm əhəmiyyət verdiyini bildirib, ölkəmizin Qoşulmama Hərəkatındakı sədrliyini qeyd edib. Prezident İlham Əliyev COVID dövründə Azərbaycanın 80-dən çox ölkəyə dəstək göstərdiyini deyib.

Söhbət zamanı KAICIID-lə Azərbaycanın təsisatları arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

15:44

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin (KAICIID) Baş katibi Zuhair Əlhartini qəbul edib.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Diaspora