İtaliyalı nazir Prezident İlham Əliyevi təbrik etdi

İtaliyalı nazir Prezident İlham Əliyevi təbrik etdi backend

İtaliya Respublikasının müdafiə naziri Quido Krosetto dövlətimizin başçısı İlham Əliyevi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik edib.

President.az xəbər verir ki, Quido Krosetto bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Azərbaycan Prezidentinə ən xoş arzularını çatdıran italiyalı nazirin paylaşımında deyilir: 

“Azərbaycan Avrasiya məkanında mərkəzi rol oynayır. Biz ölkələrimizi birləşdirən strateji tərəfdaşlıq sayəsində indiyə qədər tutduğumuz yolda əməkdaşlığı inkişaf etdirməkdə davam edəcəyik”.

Diaspora