Prezident İlham Əliyev “Antiinhisar fəaliyyəti haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Mülki müdafiə haqqında”, “Taxıl haqqında”, “Milli təhlükəsizlik haqqında”, “Dövlət sirri haqqında”, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 19 dekabr tarixli 1056-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Trend xəbər verir ki, fərmana əsasən, “Taxıl haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” fərmanda aşağıdakı dəyişikliklər edilib:
2.1-ci bənddən “8.2-ci maddəsində və” sözləri çıxarılsın;
2.3-cü bənddə “, 8.5-ci, 9.1-ci maddələrində, 9.2-ci maddəsinin ikinci cümləsində, 9.4-cü, 11.1-ci maddələrində” sözləri “maddəsində” sözü ilə əvəz edilsin;
2.4-cü bənd ləğv edilsin.
“Dövlət sirrinə aid edilən məlumatların Siyahısı”nda aşağıdakı dəyişikliklər edilib:
II hissənin 1-ci bəndinin “Dövlət sirrinə aid edilən məlumatlar” sütunundan “və səfərbərlik” sözləri çıxarılsın;
IV hissənin 19-cu bəndinin “Dövlət sirrinə aid edilən məlumatlar” sütunundan “və (və ya) səfərbərlik” sözləri çıxarılsın.
“Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın 1.1-ci bəndində “taxıl fondu” sözləri “ehtiyatları” sözü ilə, “buğda” sözü “mallar” sözü ilə əvəz edilib.
“Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin yaradılması haqqında” fərmanın 3.1-ci bəndindən “və səfərbərlik” sözləri çıxarılıb.
“Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilib:
1.1-ci bənddən “və səfərbərlik” və “, habelə Dövlət Taxıl Fondunun sərəncamçısı olan” sözləri çıxarılsın;
2.1.3-cü yarımbənd aşağıdakı redaksiyada verilib:
“2.1.3. strateji ehtiyatların və mülki müdafiə tədbirləri çərçivəsində fövqəladə ehtiyatların yaradılmasını və idarə edilməsini, habelə dövlət ehtiyatları üzrə nəzarəti həyata keçirmək;”;
2.1.4-cü, 3.1.8-ci, 3.1.10-cu və 3.1.16-cı yarımbəndlər ləğv edilsin;
2.1.5-ci, 2.1.8-ci, 3.1.2–3.1.7-ci yarımbəndlər aşağıdakı redaksiyada verilsin:
“2.1.5. yaratdığı strateji və fövqəladə ehtiyatlar üçün malların tədarükü üzrə sifarişçi qismində müvafiq tədbirlər görmək;”;
“2.1.8. strateji əhəmiyyətli malların (o cümlədən bazar iştirakçıları tərəfindən təmin edilən malların) monitorinqini aparmaq, bu məqsədlə müstəqil ekspertləri və mütəxəssisləri cəlb etmək, habelə proqnozlaşdırmada iştirak etmək;”;
“3.1.2. aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə dövlət ehtiyatlarının çeşidi və həcmi barədə tələbatı öyrənmək, strateji ehtiyatların və mülki müdafiə tədbirləri çərçivəsində fövqəladə ehtiyatların yaradılması məqsədilə sifarişçi qismində tədbirlər görmək, o cümlədən müqavilələr bağlamaq;
3.1.3. strateji əhəmiyyətli malların siyahısı, dövlət ehtiyatlarının və bazar iştirakçıları tərəfindən təmin edilən malların nomenklaturaları ilə bağlı təkliflər vermək, həmin nomenklaturalar üzrə strateji ehtiyatların, habelə saxlanılmasını həyata keçirdiyi fövqəladə ehtiyatlarda və səfərbərlik ehtiyatlarında olan malların nomenklaturaları üzrə minimal həcmləri təmin etmək, istehlak bazarının strateji əhəmiyyətli mallarla təmin edilməsi məqsədilə daxili və xarici bazarları mütəmadi təhlil etmək, qiymətlərin kəskin artması və azalması risklərini müəyyən etmək və bununla bağlı təkliflər vermək;
3.1.4. strateji ehtiyatların və mülki müdafiə tədbirləri çərçivəsində fövqəladə ehtiyatların yaradılmasını, idarə edilməsini, strateji ehtiyatların yerləşdirilməsini və dövlət ehtiyatlarına nəzarəti həyata keçirmək;
3.1.5. bazar iştirakçıları tərəfindən təmin edilən strateji əhəmiyyətli malların nomenklaturasındakı minimal həcmin azalma ehtimalı yarandıqda və ya həmin malların azalması müşahidə olunduqda, bu halların qarşısının alınması istiqamətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər vermək;
3.1.6. dövlət ehtiyatlarına aid malların uçotunu aparmaq, həmçinin saxlanılmasını təmin etdiyi strateji və fövqəladə ehtiyatların yeniləşdirilməsi və əvəzləşdirilməsi ilə bağlı tədbirlər görmək;
3.1.7. dövlət ehtiyatlarının keyfiyyətinə və saxlanılma şəraitinə nəzarəti həyata keçirmək, habelə dövlət ehtiyatlarının tədarükü, yerləşdirilməsi, saxlanılması, buraxılması və istifadəsi zamanı Azərbaycan Respublikasının normativ hüquqi aktlarının tələblərinə riayət olunmasına nəzarət etmək;”;
3.1.9-cu yarımbənddə “dövlət və səfərbərlik ehtiyatlarının” sözləri “strateji ehtiyatların və mülki müdafiə tədbirləri çərçivəsində fövqəladə ehtiyatların” sözləri ilə əvəz edilsin;
3.1.13-cü və 3.1.14-cü yarımbəndlərdən “və səfərbərlik” sözləri çıxarılsın;
3.1.15-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“3.1.15. “Dövlət ehtiyatları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət ehtiyatlarına aid olan malların hərəkəti və mövcudluğu ilə bağlı illik hesabatı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etmək;”.
“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Baytarlıq haqqında”, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 789-VIQD nömrəli Qanununun tətbiqi və “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 20 fevral tarixli 2038 nömrəli Fərmanının 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilib:
1.1-ci bənddən “30.5-ci, 30.6-cı, 30.7-ci” sözləri çıxarılsın;
1.2-ci bənddən “30.6-cı, 30.7-ci” sözləri çıxarılsın;
1.3-cü bənd ləğv edilsin.
Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi “Antiinhisar fəaliyyəti haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Mülki müdafiə haqqında”, “Taxıl haqqında”, “Milli təhlükəsizlik haqqında”, “Dövlət sirri haqqında”, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 19 dekabr tarixli 1056-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etməlidirlər.