Ukraynalı uşaqların Şamaxıya ekskursiyası təşkil edilib

Ukraynalı uşaqların Şamaxıya ekskursiyası təşkil edilib backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşkilatçılığı ilə ölkəmizə gətirilərək reabilitasiya tədbirlərinə cəlb edilən 30 ukraynalı uşağın Şamaxı rayonuna da ekskursiyası həyata keçirilib.

Onlar ölkəmizin səfalı guşələrindən olan Şamaxıda həm təbiət gözəllikləri, həm də Safari Parkla ilə tanış olublar.

Sosial reabilitasiya proqramı çərçivəsində ukraynalı uşaqların Şamaxıdan öncə Qəbələnin bir çox gəzməli-görməli yerinə, Şəki və İsmayıllıya da səfərləri təşkil olunub.  

Agentliyin Qəbələ Uşaq Reabilitasiya Mərkəzində yerləşdirilən uşaqların emosional vəziyyətlərinin stabilləşməsinə, eləcə də cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək göstərilir.

Onlar müalicəvi masaj, müalicəvi hovuz və vanna, art-terapiya, əmək terapiyası, peşəkar psixoloqlar tərəfindən keçirilən fərdi və qrup terapiyalarında iştirak edirlər.

Diaspora