Özünüməşğulluq proqramı çərçivəsində son bir ayda daha 2,2 mindən çox şəxs kiçik biznesini qurub

Özünüməşğulluq proqramı çərçivəsində son bir ayda daha 2,2 mindən çox şəxs kiçik biznesini qurub backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramına cəlb olunmuş şəxslərin biznes planlarına uyğun mal və materiallar formasında aktivlərlə təminatı davam edir.

Avqust ay ərzində daha 2211 nəfər özünüməşğulluq proqramı iştirakçısı aktivlərlə təmin olunub.  Proqram iştirakçıları onlara verilmiş aktivlər hesabına öz kiçik biznes sahələrini yaradıblar.

Proqram iştirakçıları üçün əvvəlcə kiçik biznesin təşkili üzrə bilik və bacarıqlara malik olmaları məqsədilə təlimlər təşkil edilir, sonra aktivlərlə təmin olunurlar

Diaspora