İlham Əliyev Uruqvay Şərq Respublikasının Prezidentini təbrik edib

İlham Əliyev Uruqvay Şərq Respublikasının Prezidentini təbrik edib backend

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Uruqvay Şərq Respublikasının Prezidenti  Luis Lakalle Pouya təbrik məktub ünvanlayıb. 

Bu barədə Prezident.az məlumat yayıb.

Təbrik məktubunda deyilir: 

“Hörmətli cənab Prezident,

Uruqvay Şərq Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Uruqvay arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq həm ikitərəfli, həm də çoxtərəfli əsasda bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost xalqınıza əmin-amanlıq və rifah arzulayıram”.

Diaspora