Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin 13 sosial xidmət müəssisəsində bu ilin ilk 6 ayında həssas əhali qruplarından olan 2539 şəxsə sosial xidmət göstərilib.
Bu dövrdə həmin şəxslərə Agentliyin müəssisələrində sosial-məişət, tibbi-sosial, sosial-psixoloji, sosial-pedaqoji və digər stasionar xidmətlər göstərilib.
Həmçinin hazırda Agentlik tərəfindən 3875 şəxsə evdə (səyyar) sosial-məişət xidməti göstərilir.