İlham Əliyev Peru Respublikasının Prezidentini təbrik edib

İlham Əliyev Peru Respublikasının Prezidentini təbrik edib backend

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Peru Respublikasının Prezidenti Zati-aliləri xanım Dina Ersilia Boluarte Zeqarranı təbrik edib. 

Bu barədə AZƏRTAC məlumat yayıb.

Təbrik məktubunun mətnində deyilir:

“Hörmətli xanım Prezident,

Peru Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

İnanıram ki, Azərbaycan ilə Peru arasında dövlətlərarası münasibətlər xalqlarımızın mənafeləri naminə bundan sonra da inkişaf edəcək, beynəlxalq təsisatlar çərçivəsində əməkdaşlığımız daha da genişlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Peru xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.

Diaspora