Üçüncü “Yüksəliş” müsabiqəsinin final mərhələsinin rəsmi açılış mərasimi olub.
Açılış mərasimində iştirak edən müsabiqənin Təşkilat Komitəsinin üzvü, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin Sərəncamı ilə keçirilən “Yüksəliş” müsabiqəsinin əhəmiyyətini vurğulayıb. O, müsabiqənin ölkəmizdə intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan, bacarıqlı şəxslərdən ibarət kadr ehtiyatı bankının yaradılmasında, müasir idarəçiliyin tələblərinə uyğun rəqabət qabiliyyətli insan kapitalının formalaşmasında önəmini qeyd edib.
Final mərhələsində müsabiqənin əvvəlki dörd mərhələsini uğurla başa vuran 109 nəfər iştirakçı mübarizə aparır.