Postmüharibə dövründə şəhid ailələri və müharibə iştirakçılarına 294 min xidmət göstərilib

Postmüharibə dövründə şəhid ailələri və müharibə iştirakçılarına 294 min xidmət göstərilib backend

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər qazandığı 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırığına əsasən şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi icra olunur. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan bu paket  çərçivəsində postmüharibə dövründə:

şəhidlərin ailə üzvləri və müharibə veteranlarından ibarət 103 min şəxsə 115 min aylıq sosial ödəniş təyin olunub, 3 696 şəxsə sığorta ödənişi edilib;

 1997-ci il avqustun 2-dək hərbi xidmətdə aldığı xəsarətlə bağlı əlilliyi olan 17 234 şəxs üzrə birdəfəlik ödəmə verilib;

 şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanlara yönələn sosial ödənişlər hər il  artırılıb, müharibə veteranlarına aylıq təqaüd təyin edilib;

şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminat proqramı 5 dəfə genişlənib, onlara 5 000 mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 324 avtomobil təqdim edilib (Ümumilikdə ötən dövrdə bu kateqoriyalardan olanlara 13 800 mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olanlara 7 500-dən çox avtomobil verilib);

 şəhid ailələri üzvləri, müharibə iştirakçıları olan 11 min şəxsə 46 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib;

 müharibə ilə əlaqədar əlilliyi olan 1 941 şəxs 39 713 reabilitasiya vasitəsi, o cümlədən 432 şəxs 451 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub;

 şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 18,7 min şəxsin məşğulluğu təmin edilib, o cümlədən 10 min şəxs özünüməşğulluq proqramına cəlb olunub;

vahid əlaqələndirmə mərkəzlərində həmin kateqoriyalara aid 88,3  min şəxsə xidmətlər göstərilib və  s.

Postmüharibə dövründə qeyd olunan sosial dəstək paketi ümumilikdə 124 min şəxsi əhatə edərək, onlara dəstək yönümlü 294 min xidmət göstərilib.

Diaspora