İyunun 9-u saat 22:50-də Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Qaraiman yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin müxtəlif çaplı atıcı silahlardan və minaatanlardan atəşə tutulması barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil.
Bu barədə Trend-ə Müdafiə Nazirliyindən bildirilib.
"Qarşı tərəfin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - deyə Nazirliyin məlumatında bildirilir.