Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın inauqurasiya mərasimində iştirak etmək üçün iyunun 3-də Ankaraya işgüzar səfərə gedib.
QAZİLER.AZ Lent.az-a istinadən xəbər verir ki, Ankara şəhərinin Esenboğa Hava Limanında dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər qarşılayıblar.