İlham Əliyev Zaur Mikayılova yüksək vəzifə verdi - SƏRƏNCAM

İlham Əliyev Zaur Mikayılova yüksək vəzifə verdi - SƏRƏNCAM backend

Zaur Rauf oğlu Mikayılov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri təyin edilib.

 

Bununla bağlı Prezident.az məlumat yayıb. 

Qeyd edək ki, bu gün Prezident İlham Əliyevin imzaladığı fərmanla Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti əmlakları ilə birlikdə Agentliyin tabeliyinə verilib.

Zaur Mikayılov Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədridir.

Diaspora