2022-ci il dekabrın 22-də Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında tikintidə normativ və qiymətqoyma sisteminin təkmilləşdirilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” təsdiq edilub. Prezident İlham Əliyev bununla bağlı Fərmanı imzalayıb.
QAZİLER.AZ Trend-ə istinadən verdiyi məlumata görə, fərmanda göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Fövqəladə Hallar Nazirliyinə onun müddəalarının həyata keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyinə Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərmək tapşırılıb.