Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 9-da İsrailin sabiq baş naziri Ehud Olmerti qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə X Qlobal Bakı Forumunun yüksək səviyyədə təşkil edildiyi vurğulanıb, bu Forumun getdikcə çox mühüm beynəlxalq platformaya çevrildiyi məmnunluqla qeyd edilib, burada çox sayda ölkədən nüfuzlu siyasətçilərin və digər qonaqların iştirakı bunun göstəricisi kimi qiymətləndirilib.
Söhbət zamanı Azərbaycan-İsrail əlaqələrinə toxunulub, münasibətlərimizin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi qeyd olunub. Bu baxımdan İsraildə Azərbaycan səfirliyinin açılmasının önəmi vurğulanıb.
Görüşdə ticarət, kənd təsərrüfatı, turizm və energetika sahələrində əməkdaşlıq məsələləri qeyd edilib.
15:52
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 9-da İsrailin sabiq Baş naziri Ehud Olmerti qəbul edib.
Qaziler.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.