Prezident Azərbaycan-Ermənistan sərhədində sərhəd- buraxılış məntəqələrinin yaradılmasını təklif edib

Prezident Azərbaycan-Ermənistan sərhədində sərhəd- buraxılış məntəqələrinin yaradılmasını  təklif edib backend

Ermənistan mövqeyini açıqlamayıb

 Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Entoni Blinken və Ermənistan Baş naziri Nikol Paşinyanla üçtərəfli görüşü zamanı Ermənistan-Azərbaycan sərhədində sərhəd-buraxılış məntəqələrinin yaradılmasını təklif edib.

QAZİLER.AZ APA-ya istinadən məlumat verir ki, dövlət başçısı iki dövlət üçün də səmərəli ola biləcək təklifini rəsmən açıqlayıb.

“Eyni zamanda, bildirdim ki, yaxşı olardı ki, Ermənistan və Azərbaycan ikitərəfli qaydada nəzarət buraxılış məntəqələrini Ermənistan-Azərbaycan sərhədində yaratsınlar. Biz bu təklifi vermişdik. Bu gün rəsmən vermişik. Əvvəl bu təklif qeyri-rəsmi kanallar vasitəsilə çatdırılmışdı. Ermənistan tərəfindən hər hansısa bir mövqe səsləndirilmədi, yəqin ki, onlara bir qədər vaxt lazımdır bunu müzakirə etməyə”, - dövlət başçısı qeyd edib.

Diaspora