Azərbaycanla Rusiya arasındakı əməkdaşlıq müzakirə olunub
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinlə görüşüb.
APA-nın Moskva müxbiri Rusiya XİN-ə istinadən xəbər verir ki, görüş zamanı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması perspektivləri, həmçinin Müttəfiqlik haqqında Bəyannamənin icrası kontekstində Rusiya ilə Azərbaycan arasında əməkdaşlıq müzakirə olunub
Söhbət zamanı Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 22 fevral 2022-ci il tarixli Müttəfiq əməkdaşlıq haqqında Bəyannamənin müddəalarının həyata keçirilməsi kontekstində ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivləri müzakirə edilib. Bir sıra aktual beynəlxalq və Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli sazişlərin həyata keçirilməsi yolu ilə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması perspektivləri daxil olmaqla regional mövzulara toxunulub”, - deyə Rusiya XİN-in məlumatında qeyd olunub.