Polis faktla bağlı araşdırma aparır
Belqorod vilayətində xəstəxanaya huşsuz vəziyyətdə azyaşlı uşaq aparılıb, müayinə zananı ona nikotin zəhərlənməsi diaqnozu qoyulub. Bu barədə Daxili İşlər Nazirliyinin regional idarəsinin mətbuat xidməti məlumat yayıb. Tibb müəssisəsinin əməkdaşları körpənin nikotin tərkibli maddədən zəhərləndiyini bildirərək polisə məlumat veriblər.
Polis hadisə ilə bağlı araşdırma aparır və hadisənin baş vermə şəraitini araşdırır. Bundan başqa, uşağın atasına qarşı vəzifə borcunu lazımınca yerinə yetirmədiyinə görə inzibati protokol tərtib edilib. Yetkinlik yaşına çatmayanların işləri üzrə komissiya da hadisə ilə bağlı araşdırmaya başlayıb.
QAZİLER.AZ