Saratovdakı yanğında qadın və 4 uşağı xilas olundu

Saratovdakı yanğında qadın və 4 uşağı xilas olundu backend

Yanğınsöndürənlər ailə faciəsinin qarşısını aldılar

Saratov vilayətinin Krasnoarmeysk şəhərində yanğınsöndürənlər dumanlı mənzildən bir qadın və dörd uşağı xilas ediblər. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

“Beşmərtəbəli binanın mənzilində yanğın baş verməsi barədə məlumat yerli vaxtla saat 15.22-də 01 xidmətinə daxil olub. Dördüncü mərtəbədə güclü tüstü var idi, bir qadın və dörd azyaşlı uşağı mənzilin eyvanında kömək gözləyirdi”, - idarədən bildirilib.

Yanğınsöndürənlər qapını açaraq mənzildə olan qadın və uşaqları ədyala bükərək çıxarıblar. Onların heç biri xəsarət almayıb.

QAZİLƏR.AZ

 

 

Diaspora