Gecikdirilmiş kredit faizləri endirildi

Gecikdirilmiş kredit faizləri endirildi backend

Gecikdirilmiş məbləğə görə illik 5 faiz ödənəcək

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən Mülki Məcəlləyə dəyişiklik olunub. Beləki, bank və kreditor arasında yaranmış borca görə faiz dərəcəsində dəyişiklik təklif olunub.

Dəyişikliyə əsasən, Məcəllədə və müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun pul məbləğini qaytarmasını gecikdirməyə görə kreditorun tələb edə biləcəyi məbləğ məhdudlaşdırılır. Bu halda gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə görə illik 5 faizdən çox olmamaq şərti qoyulur.

Artıq faiz dərəcələri ümumi məbləğə deyil, qalan məbləğə görə hesablanacaq. Bu isə əlbəttə vətəndaşların xeyrinə olacaq bir qərardır. 

Diaspora