Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin nizamnaməsində dəyişiklik edilib.
Prezident.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Fərmanla Agentliyin idarəetmə orqanı olan İdarə Heyətinin üzvlərinin sayı üçdən dördə artırılıb.
Belə ki, dəyişikliyə qədər İH-in tərkibi Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi İdarə Heyətinin sədrindən və onun 2 müavinindən ibarət idi.
Bundan sonra isə, İH-in tərkibi İdarə Heyətinin sədrindən, onun birinci müavinindən və iki müavinindən ibarət olacaq.