Azərbaycan Respublikasının Fələstin Dövlətində Təmsilçilik Ofisi, İsrail Dövlətində səfirliyi açılacaq.
Prezident.az-ın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncamlar imzalayıb.
Sərəncamlara görə, Fələstindəki Təmsilçilik Ofisi Ramallah şəhərində, İsraildəki səfirlik isə Təl-Əvivdə təsis olunacaq.
Fələstində Təmsilçilik Ofisinin və İsraildəki səfirliyin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll etmək Nazirlər Kabinetinə həvalə olunur.
Azərbaycan Xarici İşlər Nazirliyi Təmsilçilik Ofisinin və səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etməlidir.