İlham Əliyev Türkiyənin səhiyyə nazirini qəbul edib - Yenilənib

İlham Əliyev Türkiyənin səhiyyə nazirini qəbul edib - Yenilənib backend

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 22-də Türkiyə Respublikasının səhiyyə naziri Fahrettin Kocanı qəbul edib.

Qaziler.az xəbər verir ki, Fahrettin Koca Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş edib.

Qonaq vurğuladı ki, Azərbaycanın və Türkiyənin dövlət başçıları arasında sarsılmaz birlik və qardaşlıq əlaqələri bütün digər qurumlar kimi, Səhiyyə nazirlikləri arasında da əməkdaşlıq üçün yol göstəricisidir və bu baxımdan ölkələrimizin nazirlikləri sıx əməkdaşlıq həyata keçirir.

Türkiyənin səhiyyə naziri qeyd etdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması dərin sevinc hissi bəxş edir. Nazir şəhidlərlə bağlı başsağlığı verdi, qazilərə şəfa dilədi. Şuşa Bəyannaməsinin əhəmiyyətini vurğulayan Fahrettin Koca bu sənəddə əksini tapan hədəflər istiqamətində səhiyyə sahəsində də əlaqələri inkişaf etdirmək və dərinləşdirmək üçün çalışdıqlarını bildirdi.

Türkiyəli nazir dedi ki, ölkəsində səhiyyə sahəsində əldə olunan təcrübəni və elmi bilikləri azərbaycanlı həmkarlarla bölüşmək qardaşlıq borcudur. O, dövlətimizin başçısının dəstəyi ilə Bakıda keçirilən Azərbaycan-Türkiyə Səhiyyə Biznes Forumunun əhəmiyyətindən danışdı.

Prezident İlham Əliyev Özbəkistanda Türkiyənin dövlət başçısı ilə görüşünü məmnunluqla xatırladı, dostluq və qardaşlıq əlaqələrimizin bütün sahələrdə durmadan inkişaf etdiyini vurğuladı. Dövlətimizin başçısı Şuşa Bəyannaməsinə toxunaraq bunu münasibətlərimizin rəsmi təzahürü kimi qiymətləndirdi, bu Bəyannamənin xalqlarımızın iradəsini, dövlətlərimizin maraqlarını əks etdirdiyini dedi.

Azərbaycan Prezidenti həm müharibə zamanı, həm də müharibədən sonrakı dövrdə Türkiyə həkimləri tərəfindən qazilərimizin müalicəsinə görə minnətdarlığını bildirdi.

Dövlətimizin başçısı Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığı qeyd etdi, bu baxımdan səhiyyə sahəsində də əlaqələrin təqdirəlayiq olduğunu dedi və Azərbaycan-Türkiyə Səhiyyə Biznes Forumunun önəminə toxundu.

 

*****

14:40

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 22-də Türkiyə Respublikasının səhiyyə naziri Fahrettin Kocanı qəbul edib.

Bununla bağlı AZƏRTAC məlumat yayıb. 

Diaspora