Prezident Dövlət Xidmətinin bu səlahiyyətini ləğv etdi - FƏRMAN

Prezident Dövlət Xidmətinin bu səlahiyyətini ləğv etdi - FƏRMAN backend

Prezident İlham Əliyev 6 iyun 2018-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti haqqında Əsasnamə”də dəyişiklik edib.

AZƏRTAC xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

Fərmana əsasən, Dövlət Xidmətinin Mədəniyyət Nazirliyinin obyektlərinin və digər əsas fondlarının bərpasına, tikintisinə və təmirinə dair dövlət sifarişlərinin hazırlanmasında iştirak etmək, texniki təchizat vasitələrinin yeniləşdirilməsi işlərini həyata keçirmək səlahiyyəti ləğv olunub.

Diaspora