Prezidentdən Ağdam, Füzuli, Xocavənd və Tərtər rayonları ilə bağlı SƏRƏNCAM

Prezidentdən Ağdam, Füzuli, Xocavənd və Tərtər rayonları ilə bağlı  SƏRƏNCAM backend

Prezident İlham Əliyev Qarabağ iqtisadi rayonuna daxil olan Ağdam, Füzuli, Xocavənd və Tərtər rayonlarının işğaldan azad olunmuş ərazilərinin yaşayış məntəqələrində (şəhər, kənd, qəsəbə) tikinti, təmir və bərpa işləri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Bu barədə AZƏRTAC məlumat yayıb.

Qərara alınıb ki, Qarabağ iqtisadi rayonuna daxil olan Ağdam, Füzuli, Xocavənd və Tərtər rayonlarının işğaldan azad edilmiş ərazilərində yaşayış məntəqələrinin (şəhər, kənd, qəsəbə) tikintisi, təmiri və bərpası işlərinin layihələndirilməsi və həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsə ilkin olaraq 3,0 (üç) milyon manat vəsait ayrılsın.

Maliyyələşmənin təmin edilməsi Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə həvalə edilib. Sərəncamdan irəli gələn məsələləri həlli Nazirlər Kabinetinə tapşırılıb.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

loading...
Diaspora