Prezident İlham Əliyev “Energetika Nazirliyinin fəaliyyətinin təmin edilməsi" və “Sənaye və Energetika Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və aparatın işçilərinin say həddinin təsdiq edilməsi barədə” 15 may 2006-cı il tarixli fərmanında dəyişikliklər edilməsi haqqında” 11 aprel 2014-cü il tarixli fərmanında dəyişiklik edib.
AZƏRTAC xəbər verir ki, dəyişikliyə əsasən, Energetika Nazirliyinin işçilərinin say həddi 180-dən 200-ə, o cümlədən nazirliyin aparatı üzrə 140-dan 160-a çatdırılıb.