Prezident İlham Əliyev "İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 20 aprel 2016-cı il tarixli fərmanında dəyişiklik edib.
AZƏRTAC xəbər verir ki, dövlət başçısının bununla bağlı imzaladığı yeni fərmana əsasən, qurumun Müşahidə Şurasının üzvlərinin sayı 3-dən 10-a çatdırılıb.
Prezident həmçinin “İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında” 20 aprel 2016-cı il tarixli sərəncamında dəyişiklik edib.
İ.Əliyevin bununla bağlı imzaladığı yeni sərəncamla Müşahidə Şurası aşağıdakı tərkibdə təsdiq edilib:
Müşahidə Şurasının sədri
Baş nazir
Müşahidə Şurasının üzvləri
Prezidentin köməkçisi – İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri
Prezidentin köməkçisi – İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri
Birinci vitse-prezidentin köməkçisi
Birinci vitse-prezidentin köməkçisi
iqtisadiyyat naziri
maliyyə naziri
əmək və əhalinin sosial müdafiəsi naziri
Azərbaycan Mərkəzi Bankının sədri
Dövlət Neft Fondunun İcraçı direktoru.