Azərbaycanla Özbəkistan arasında Birgə hökumətlərarası komissiyanın sədri dəyişib

Azərbaycanla Özbəkistan arasında Birgə hökumətlərarası komissiyanın sədri dəyişib backend

Azərbaycanla Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinə dəyişiklik edilib.

Qaziler.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” sərəncamda edilən dəyişiklikdə əksini tapıb.

Sərəncama əsasən, Azərbaycanla Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın sədri dəyişib.

Bundan əvvəl komissiyanın sədri Azərbaycan Respublikası Baş nazirinin birinci müavini idi. Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının iqtisadiyyat naziri bu komissiyanın sədri olacaq.

Diaspora