Prezident İlham Əliyev “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
Qaziler.az xəbər verir ki, bununla bağlı Prezident.az məlumat yayıb.
Dəyişikliklə DSMF-nin 2022-ci il büdcəsinin gəlirləri olaraq müəyyən edilmiş göstərici 299 499 497 manat artırılaraq 5 306 770 072 manatdan 5 606 269 569 manata, Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin balanslılığı prinsipi gözlənilməklə onun büdcəsinin xərcləri isə eyni həcmdə artırılmaqla 5 306 770 072 manatdan 5 606 269 569 manata çatdırılıb.