Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 17-də Ərəb Dövlətləri Liqasının Baş katibi, Misirin sabiq xarici işlər naziri Əhməd Əbul Qeyti qəbul edib.
AZƏRTAC xəbər verir ki, Əhməd Əbul Qeyt Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib, ölkəmizdə və paytaxt Bakıda gördüyü inkişaf proseslərinin onda dərin təəssürat hissi yaratdığını deyib. Qonaq Azərbaycanın əldə etdiyi nailiyyətlərin məhz dövlət başçısı tərəfindən həyata keçirilən uzaqgörən siyasətin nəticəsi olduğunu vurğulayıb. Qlobal Bakı Forumunda iştirakdan məmnunluğunu bildirən Əhməd Əbul Qeyt Forumun aktual mövzuya həsr olunduğunu və tədbir çərçivəsində maraqlı müzakirələrin aparıldığını qeyd edib. Qonaq Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında əməkdaşlıq məsələlərinə toxunub.
Prezident İlham Əliyev tarixən Azərbaycanın ərəb dövlətləri ilə sıx əlaqələrə malik olduğunu, ölkələrimizin ortaq dini dəyərlər və tarix əsasında bir-birinə bağlı olduğunu bildirib. Dövlət başçısı 2007-ci ildə Ərəb Dövlətləri Liqasının Baş Qərargahına səfərini və oradakı görüşlərini xatırladıb.
Söhbət zamanı Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb.
Sonda Əhməd Əbul Qeyt Ərəb Dövlətləri Liqası adından dövlət başçısına xatirə hədiyyəsi təqdim edib.
*****
16:25
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 17-də Ərəb Liqasının Baş katibi, Misirin sabiq xarici işlər naziri Əhməd Əbul Qeyti qəbul edib.
Qaziler.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.