Prezident bu iki şəxsi nazir müavini təyin etdi - SƏRƏNCAM

Prezident bu iki şəxsi nazir müavini təyin etdi -  SƏRƏNCAM backend

Prezident İlham Əliyev Fərid Əhmədovun Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.

Qaziler.az xəbər verir ki, sərəncamda deyilir:

"Fərid Turab oğlu Əhmədov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilsin".

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

*****

Prezident İlham Əliyev Samir Məmmədovun Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.

Qaziler.az xəbər verir ki, sərəncamda deyilir:

"Samir Qaçay oğlu Məmmədov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilsin".

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Diaspora