İlham Əliyev Türkiyəyə səfər edəcək

İlham Əliyev Türkiyəyə səfər edəcək backend

Azərbaycan Prezidenti İlham Əliyev mayın 14-də Türkiyəyə səfər edəcək.

Bu barədə “Anadolu” məlumat yayıb.

Azərbaycan Prezidenti türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birgə Rizə-Artvin hava limanının açılışında iştirak edəcək.

Bildirilib ki, hava limanına ilk enişi Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin təyyarələri edəcək. İki prezidentin təyyarələri eniş zolağına endikdən sonra Rizə-Artvin aeroportunun rəsmi açılış mərasimi keçiriləcək. Tədbirdən sonra dövlət başçıları və digər qonaqların şərəfinə ziyafət veriləcək.

Qeyd edək ki, Rizədən 34 kilometr, Hopadan 54 kilometr, Artvindən 125 kilometr məsafədə yerləşən aeroport Pazar rayonunda yerləşir. Rizə-Artvin Hava Limanının ildə təxminən 3 milyon sərnişinə xidmət göstərməsi planlaşdırılır.

loading...
Diaspora