Dünən axşam saatlarında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon söhbəti olub.
Apa-nın xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
Telefon söhbəti zamanı Ukraynada hadisələrin eskalasiyası ilə əlaqədar vəziyyət, həmçinin Rusiya-Azərbaycan münasibətləri ilə bağlı məsələlər müzakirə edilib.
***
saat 00.23
Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev arasında telefon danışığı olub.
APA xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı zamanı prezidentlər fevralın 22-də Moskvada keçirilən Rusiya-Azərbaycan sammiti çərçivəsində ikitərəfli və regional gündəliyin bir sıra aktual məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə və Azərbaycan prezidentlərinin Rusiya ilə danışıqlar təşkil etməyi təklif etdiyini bildirib.