Qarabağın minalardan təmizlənməsi üçün FƏRMAN

Qarabağın minalardan təmizlənməsi üçün FƏRMAN backend

Prezident İlham Əliyev Vergi Məcəlləsində və "Gömrük tarifi haqqında" dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalardan və partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi çərçivəsində bütün növ texnikanın, avadanlıqların, texniki vasitələrin və qurğuların, onların ehtiyat hissələrinin, fərdi zirehli qoruyucu geyimlərin, alətlərin, minaaxtaran itlərin, partlayıcı və pirotexniki vasitələrin idxalı 15 oktyabr 2021-ci ildən 15 oktyabr 2026-cı ilə qədər gömrük rüsumu və vergidən azad edilir.

Diaspora