Prezident İlham Əliyev Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.
Qaziler.az-nın xəbərinə görə, Sərəncama əsasən, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:
“general-leytenant” ali hərbi rütbəsi
general-mayor Zaur Qasım oğlu Abdullayevə
general-mayor Mayıl Seminar oğlu Şahverdiyevə
general-mayor Yusif Həsən oğlu Mirzəyevə
“general-mayor” ali hərbi rütbəsi
polkovnik Çingiz Böyükağa oğlu Kiçibəyova.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.