Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
Qaziler.az xəbər verir ki, sərəncamla Fövqəladə Hallar Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:
“general-leytenant” ali hərbi rütbəsi
general-mayor İlham Əyyub oğlu Abdullayevə
general-mayor Şahmar Ənvər oğlu Paşayevə
“general-mayor” ali hərbi rütbəsi
polkovnik Adil Ələsgər oğlu Abdullayevə
polkovnik Əşrəf Məmməd oğlu Qasımova
polkovnik Raul Süleyman oğlu Zeynalova.
 
                 
            
 
					 
					 
					 
					
 
                                                 
                                             
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                
