Prezident Filippinin yeni səfirinin etimadnaməsini qəbul edib - Yenilənib

Prezident Filippinin yeni səfirinin etimadnaməsini qəbul edib -  Yenilənib backend

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Filippin Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Maria Elena Alqabrenin etimadnaməsini qəbul edib.

Qazilər.az xəbər verir ki, səfir Maria Elena Alqabre Filippin Prezidenti Rodriqo Roa Dutertenin və xalqının salamlarını dövlətimizin başçısına çatdırıb.

O, Filippin dövlətinin başçısının iki ölkə arasında əlaqələri genişləndirmək istədiyini vurğulayıb. 

Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Prezident İlham Əliyev səfirlə söhbət edib.

Dövlət başçısı Filippin Prezidenti Rodriqo Roa Dutertenin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Filippin dövlətinin başçısına və xalqına çatdırmağı xahiş edib.

Prezident İlham Əliyev Azərbaycanın da Filippinlə əməkdaşlığın, o cümlədən ticarət əlaqələrinin genişləndirilməsində maraqlı olduğunu bildirib. Dövlət başçısı ölkəmizin Qoşulmama Hərəkatına sədrliyinin 2023-cü ilədək uzadılması və bu təşkilat çərçivəsində Azərbaycanın irəli sürdüyü təşəbbüslərə, xüsusilə vaksinlərin ədalətli bölgüsü ilə bağlı təşəbbüsə Filippinin verdiyi dəstəyə görə minnətdarlığını bildirib. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın mövqeyinin həmişə üzv ölkələrin maraqlarının qorunması və əlaqələrin möhkəmləndirilməsindən ibarət olduğunu vurğulayıb. İkitərəfli münasibətlərə gəldikdə dövlət başçısı siyasi və iqtisadi sahələrdə əlaqələrin fəallaşdırılması, iqtisadi-ticari münasibətlərin qurulmasının vacibliyini qeyd edib və Maria Elena Alqabrenin səfirlik fəaliyyəti dövründə iki ölkə arasında əlaqələrin möhkəmlənəcəyinə töhfə verəcəyinə ümidvar olduğunu ifadə edib.

Filippinin Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri xanım Maria Elena Alqabre ilk növbədə, Prezident İlham Əliyevi və Azərbaycan xalqını Zəfər Günü və ərazi bütövlüyünün bərpa olunması, həmçinin Milli Dirçəliş Günü münasibətilə təbrik edib.

Maria Elena Alqabre səfirlik fəaliyyəti dövründə Azərbaycanla Filippin arasında həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə siyasi, iqtisadi əməkdaşlığı, eləcə də insanlar arasında əlaqələrin inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini deyib. 

Səfir Azərbaycan Prezidentinin təşəbbüsü ilə COVID-19-a həsr olunan videokonfrans formatında Zirvə toplantısının, BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsinin və bu günlərdə BMT BAŞ Assambleyasında COVID-19 və vaksinlərə dair qəbul olunmuş qətnamənin əhəmiyyətinə toxunub. Maria Elena Alqabre, həmçinin Azərbaycanın uğurlu iqtisadi inkişaf modeli haqqında danışaraq, ölkəmizin bu nailiyyətlərinin beynəlxalq təşkilatların hesabatlarında mütərəqqi nümunə kimi əks olunduğunu qeyd edib.

*****

11:16

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Filippin Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Maria Elena Alqabrenin etimadnaməsini qəbul edib.

Qazilər.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Diaspora