Prezident hərbçilərlə bağlı yaradılmış komissiyanın tərkibini dəyişdi - FƏRMAN

Prezident hərbçilərlə bağlı yaradılmış komissiyanın tərkibini dəyişdi -  FƏRMAN backend

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” fərmanda dəyişiklik edib.

Qazilər.az xəbər verir ki, fərmanda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sözləri Azərbaycan Ordusunun sözləri ilə əvəz edilib.

2. Preambulanın üçüncü abzasında “silahlı qüvvələrdə” sözləri “Azərbaycan Ordusunda” sözləri ilə əvəz edilsin.

3. 2-ci hissəsinin ikinci – səkkizinci abzasları aşağıdakı redaksiyada verilsin:

“Komissiyanın sədri

Azərbaycan Respublikasının maliyyə naziri

Komissiyanın üzvləri:

Azərbaycan Respublikası müdafiə nazirinin müavini

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti rəisinin müavini

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsi müdirinin müavini.”.

4. Aşağıdakı məzmunda 3-1-ci, 3-2-ci və 3-3-cü hissələr əlavə edilsin:

“3-1. Müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün “qüsursuz xidmət” müddəti dedikdə, bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulan müddət istisna olmaqla, hərbi qulluqçuların həqiqi hərbi xidmət müddəti nəzərdə tutulur.

3-2. Aşağıdakı müddətlər hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilmir:

3-2.1. hərbi rütbəni aşağı salma intizam tənbehinin daha əvvəl hərbi qulluqçunun üzərindən götürülməsi halları istisna olmaqla, həmin intizam tənbehi tətbiq edildiyi gündən bir il müddəti;

3-2.2. hərbi xidmət əleyhinə olan inzibati xəta törədilməsinə görə çıxarılmış inzibati tənbeh vermə haqqında qərarın icrasını bitirdiyi gündən bir il müddəti;

3-2.3. məhkumluğun olduğu müddət.

3-3. Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçusu bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulmuş müddətlərdə bu Fərmana uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilə bilməz.”.

5. 4-cü hissədə “Maliyyə Nazirliyi” sözlərindən sonra “Komissiyanın katibliyi funksiyalarını həyata keçirsin və” sözləri əlavə edilsin.

Diaspora