Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Kamran Sultan oğlu İmanov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Qazilər.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Qeyd edək ki, professor Kamran İmanov Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədridir. Onun 75 yaşı tamam olur.