Prezident Kolinda Qrabar-Kitaroviçi qəbul edib

Prezident Kolinda Qrabar-Kitaroviçi qəbul edib backend

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 3-də Xorvatiya Respublikasının sabiq Prezidenti Kolinda Qrabar-Kitaroviçi qəbul edib.

Qazilər.az xəbər verir ki, söhbət zamanı “COVID-19-dan sonrakı dünya” adı altında keçiriləcək VIII Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunulub, bu tədbirin beynəlxalq əməkdaşlığa töhfə verəcəyi vurğulanıb.

Görüşdə Prezident İlham Əliyevin Xorvatiyaya səfəri və həmin səfər zamanı Kolinda Qrabar-Kitaroviçlə görüşü məmnunluqla xatırlanıb, bu səfərin əlaqələrimizin genişləndirilməsində rolu qeyd edilib.

loading...
Diaspora