İlham Əliyev Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin təməlini qoydu

İlham Əliyev Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin təməlini qoydu backend

Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlara və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq sentyabrın 27-də - Anım Günündə Bakı şəhərində yürüş təşkil edilib.

AZƏRTAC xəbər verir ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva yürüşdə iştirak ediblər.

Sonra dövlətimizin başçısı Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin təməlini qoyub.

Yerli vaxtla saat 12:00-da bütün ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Təməlqoyma mərasimindən sonra Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Dənizkənarı bulvar ərazisinə gələrək qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər.

Xəzər dənizinin sahil sularında sıralanan hərbi gəmilərindən fasiləsiz fit səsi verilib, toplardan yaylım atəşi açılıb.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.

Diaspora