İlham Əliyev Belarusla vacib müqaviləni təsdiqlədi

İlham Əliyev Belarusla vacib müqaviləni təsdiqlədi backend

“Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Belarus Respublikasının Müdafiə Nazirliyi arasında ikitərəfli əməkdaşlığın həyata keçirilməsi zamanı məxfi informasiyanın qarşılıqlı ötürülməsinə dair” müqavilə təsdiqlənib. 

AZƏRTAC xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Azərbaycan Respublikasının Qanununu imzalayıb. 

Qeyd edək ki, müqavilə 2021-ci il mayın 18-də Bakı şəhərində imzalanıb.