Arvadını öldürən hakim həbs edildi - RƏSMİ

 Arvadını öldürən hakim həbs edildi -  RƏSMİ backend

Mayın 30-da paytaxt sakini Əhmədova Pərvanə Süleyman qızının qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə Sabunçu rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun rəhbərliyinin göstərişinə əsasən Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, ilkin istintaqla zərərçəkmişin əri Əhmədov Fəqan Rövşən oğlunun özünə məxsus ov tüfəngindən atəş açaraq Pərvanə Əhmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Fəqan Əhmədov qeyd olunan maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda hadisənin təfərrüatlarının müəyyən edilməsi istiqamətində iş üzrə zəruri və intensiv istintaq hərəkətləri davam etdirilir.

Diaspora