“Dağlıq Qarabağda daha geniş regional əməkdaşlıq üçün şans var”.
APA-nın xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu virtual formatda keçirilən II “Tehran dialoqu” forumunda çıxışı zamanı deyib.O bildirib ki, İran, Azərbaycan və Gürcüstanla əməkdaşlıq regionda stabillik və çiçəklənməyə öz töhfəsini verməkdədir.
“İndi daha geniş regional əməkdaşlıq mümkündür. Biz buna inanırıq və bunun üçün çalışırıq”, - deyə Türkiyə XİN başçısı vurğulayıb.