İlham Əliyev: Tuğ erməni kəndi olsaydı, məktəbi dağıdardılar? - VİDEO

İlham Əliyev: Tuğ erməni kəndi olsaydı, məktəbi dağıdardılar? - VİDEO backend

“Tuğ kəndinə gəlmişik. Qədim Azərbaycan kəndi Tuğ”.

Qazilər.az xəbər verir ki, bu sözləri Xocavənd rayonunun Tuğ kəndində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.

“Ermənilərin dağıtdıqları Tuğ kəndinin məktəbi. Görün nə günə qoyublar. Sonra da deyirdilər ki, Tuğ kəndi erməni kəndidir. Erməni kəndi olsaydı, bunu dağıdardı? Bura qədim Azərbaycan torpağıdır. Tuğ kəndi həmişə Azərbaycan kəndi olub, bundan sonra da olacaq", - deyə dövlət başçısı əlavə edib.

Qeyd edək ki, dövlət başçısının videogörüntüsünü Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində paylaşıb.




Diaspora